AZ

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Milyarder iş adamı İlon Mask 2022-ci ildə satın aldığı mikroblog platforması "X" (əvvəlki "Twitter") səbəbilə yenidən məhkəməlik olub.

Valyuta.az-ın xəbərinə görə, bu dəfə iddiaçı tərəf ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyası ("SEC")dır. Mask "X" platformasını satın alma prosesini hissə sənədləri vasitəsilə başlatmışdı. Lakin o, bu addımı atdıqdan bir neçə həftə sonra məlumat vermişdi. Məhz "SEC" də bu gecikmiş məlumat açıqlamasını əsas tənqid nöqtəsi kimi görür. 

Rəsmi şəxslərin fikrincə, Mask vaxtında bildiriş etmədiyi üçün o dövrdəki investorlar zərər çəkib. Komissiyanın iddiasına əsasən, milyarder bu addımı ilə 150 milyon dollardan çox qənaət edib və hissələri daha aşağı qiymətə alıb.

Əvəz Həsənov

Seçilən
4
valyuta.az

1Mənbələr