AZ

Yusif Mustafayevdən açıqlama: Borclarımı qaytarın...

Xalq artisti Yusif Mustafayev son çıxışında maddi anlaşılmazlıq və dostluq münasibətləri ilə bağlı açıqlamalar verib. O, müəyyən dostlarına verdiyi borcların geri qaytarılmamasından gileylənib:


"Birinə xaricə 60.000 manat verdim, cəmi 4009 manat qaytardı. İki aydan bir 100 manat qaytarır. Dostluq belə olmamalıdır. Mən də insanam. Bu pulu alnımın təri ilə qazanmışam, toylarda, səhnələrdə çalışaraq əldə etmişəm."

Sənətçi, dostlarının bu davranışına təəssüf etdiyini bildirib:

"Bağlarınızın, nəvələrinizin canına and verirəm, pulu qaytarın. Mən o pulu havayı qazanmamışam."

Mustafayev, verdiyi borcun böyük hissəsinin geri qaytarılmadığını və bu səbəbdən dostluq münasibətlərinin soyuqlaşdığını vurğulayıb:

"Dostum idi, hər ay zəng edib banka 3.000 manat köçürməyimi istəyirdi. Bu məbləğ yığılıb 30.000 dollara çatdı. Amma indi məni görəndə soyuq salam verir."


O, sonda bütün borc verdiyi şəxslərə səslənərək, bu məsələdə vicdanlı olmağa çağırıb:

"Allah canınızı sağ eləsin, amma unutmayın ki, borc borcdur. Quran haqqı deyirəm, pulu verəcəm deyənlər, sözünüzün arxasında durun."


Seçilən
5
news365.az

1Mənbələr