Bakı. TurkicWorld:
Terror təşkilatlarına qarşı mübarizədə təcrübəmiz var.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyalı həmkarı ilə birgə keçirdiyi brifinqdə bildirib.
“Əsəd rejimi Suriyada terror təşkilatlarına ev sahibliyi edib. Yeni Suriyada terror təşkilatlarına yer yoxdur. Biz bütün resurslarımızdan istifadə etməyə hazırıq.” – deyə o vurğulayıb.
O həmçinin qeyd edib ki, Hələb Baş Konsulluğu yanvarın 20-də fəaliyyətə başlayacaq.