AZ

8 qat ölkə çempionu peşəkar statusunu itirdi!

Çin futbolunda sensasion hadisə baş verib. “Quançjou” futbol klubu peşəkar statusunu itirib.

"Football-plus.az" xəbər verir ki, Çin çempionatının 8 qat qalibi olan “Quançjou” rəhbərliyinin peşəkar səviyyəli turnirlərdə iştirakdan imtina qərarı verdiyi bildirilib. Buna səbəb kimi klubun böyük məbləğdə borcunun olması göstərilib. Qeyd edək ki, bir müddət əvvəl Çin Futbol Assosiasiyası klubun borcu səbəbindən adıçəkilən quançjoululara 2025-ci ildə 2-ci liqada iştirak üçün lisenziya verməmişdi. Bu səbəbdən “Quançjou” rəhbərliyinin acı taleyi ilə barışmaqdan başqa çıxış yolu qalmamışdı. Yerli mənbələrin məlumatına görə, COVID-19 pandemiyasından sonra klubun sahibləri ciddi maliyyə problemləri ilə üzləşiblər. Ölkə nəhənginin yüksək liqadakı inqilabi dəyişiklər zamanı böyük xərclərə getməsi də problemin yaranmasına təsir edib. Nəticədə klub peşəkar statusunun bərpası üçün tələb olunan vəsaiti təmin edə bilməyib.

“Quançjou” 1954-cü ildə yaradılıb. “Pələnglər” ləqəbli komanda 2011-17-ci illərdə ardıcıl 7 dəfə Çin çempionu olub. 2019-cu ildə də ölkənin ən güclüsü adını qazanan komanda iki dəfə Çin kubokunu və 4 dəfə ölkə superkubokunu muzeyinə aparıb. 2013 və 2015-ci illərdə Asiya Çempionlar Liqasında qalib gələn “Quançjou” bu turnirin çempionu olan yeganə Çin klubudu.

Seçilən
6
football-plus.az

1Mənbələr