Moldova prezidenti Maya Sandu ölkəsini enerji çıxılmaz vəziyyətinə salıb və indi əhalini elektrik enerjisi və təbii qaza qənaət etməyə çağırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Federasiya Şurasının İnformasiya Siyasəti və KİV-lə Qarşılıqlı Əlaqələr Komissiyasının rəhbəri Aleksey Puşkov Teleqram kanalında bildirib.
Onun sözlərinə görə, bu gün o, göz yaşları içində ölkə vətəndaşlarını elektrik enerjisinə, qaza və istiliyə hər cür qənaət etməyə çağırır, baxmayaraq ki, Sanduya qədər Moldovada belə bir şey olmayıb.
Puşkov vurğulayıb ki, onun rəhbərliyi altında ölkə “harasa yanlış istiqamətdə” gedir.