Türkiyədə sinif yoldaşlarına “sinifdə siqaret çəkməyin” deyən 15 yaşlı qız liseyin çıxışında bıçaqlanıb.
News24.az medianews.az-a istinadən xəbər verir ki, hadisə Diyarbəkirin Ergani Anadolu Liseyində baş verib.
Qız sinifdə uşaqlara sinifdə siqaret çəkməmələrini xahiş edib. Lakin söhbət uzanaraq davaya çevrilib. Dərsdən sonra qız məktəbə aidiyyatı olmayan 18 yaşlı qız tərəfindən qarnından bıçaqlanıb.
Zərər çəkən xəstəxanaya aparılıb və ona 7 tikiş vurulub. Ona xəsarət yetirən qız isə həbs edilib.