Koreya Respublikasının Prezidenti Yun Seok Yeol dekabrın 3-də elan etdiyi hərbi vəziyyətin qanun pozuntusuna yol vermədiyini bildirib.
“Hörmətli həmvətənlər, hərbi vəziyyət cinayət deyil. Dövlət böhranından çıxmaq üçün hərbi vəziyyətin tətbiqi prezidentin səlahiyyətindədir”, – TASS onun sosial şəbəkədəki mesajından sitat gətirir.
Onun sözlərinə görə, hərbi vəziyyət vətəndaşları siyasi böhrandan xəbərdar etmək üçün tətbiq edilib.
Daha əvvəl Yoon Seok Yeolun həbs olunduğu məlum olub.
DOĞRU.AZ