Bakı. Trend:
ABŞ-nin ən böyük erməni lobbi təşkilatı olan ANCA-nın xəyallarıbir daha puç olduqdan sonra, təşkilatın rəhbəri Ermənistanınnövbəti dəfə Azərbaycana məğlub olduğunu qəbul edib. Təşkilat budəfə puç olan xəyallarının günahkarı kimi ABŞ-nin getməkdə olanadministrasiyasını ittiham etməyə çalışıb.
Belə ki, təşkilat Ağ Evdə bir neçə günü qalmış Baydenadministrasiyası ilə Ermənistan arasında imzalanan "stratejisaziş"in boş və manasız bir kağız parçası olduğunu dərk edərək,panikaya qapılıb.
ANCA-nın icraçı direktoru Aram Qambaryan imzalanan bu sənədiBayden administrasiyasının Ermənistan üçün "vida hədiyyəsi"adlandırır, eyni zamanda, Amerikadakı erməni diasporunun gözündə özgünahlarını yumaq üçün açıq-aydın və boş bir cəhd olduğunu qeydedir.
Xəyallar qurub və o xəyalların reallaşmadığını görən ermənilobbisi bunun günahını niyəsə ABŞ administrasiyasında görür, vəimzalanan sənədi 5 gündən sonra Ağ Evi tərk edəcək Baydenadministrasiyasının ermənilər qarşısında "günahını yumaq" cəhdikimi dəyərləndirir. Həmişə olduğu kimi, "ermənilərdən başqa hamıgünahkardır".
Bununla yetinməyib, ANCA ABŞ administrasiyasını Azərbaycanlaqarşılıqlı faydalı əməkdaşlıqda da ittiham edir. Belə ki,ermənilərin Vaşinqtonla “strateji saziş” imzalamasını qeydetmələrinin növbəti günü onlar daha bir zərbə alır: ABŞAzərbaycanın “Silk Way Airlines” aviaşirkətinə 100 milyon dollardançox sövdələşmə üçün maliyyə ayırır. Şirkətin, öz növbəsində, buvəsaitləri "Boeing"dən yük təyyarələri almaq üçün istifadə edəcəyiməlum olur.
İsteriyaya qapılan erməni lobbisi bunu görüb aviaşirkəti "silahdaşımaqda", ABŞ administrasiyasını isə Azərbaycanla faydalıəməkdaşlıq etməkdə ittiham edir. Məlum məsələdir ki, onlar ABŞ-ninermənilər ilə kağız parçası imzaladığı zaman, Azərbaycanla real vəqarşılıqlı fayda gətirəcək razılaşmalar imzalanmasını həzm edəbilmir. Yük daşıması ilə məşğul olan və yetərincə tanınan biraviaşirkəti "silah daşımaqda" boş və əsassız ittiham etməkləribunun açıq göstəricisidir.
Bütün bunlar - ABŞ administrasiyasına və Azərbaycanaviaşirkətinə qarşı isterik ittihamlar - yalnız erməni lobbisininfiaskoya uğradığını və ABŞ səhnəsində Azərbaycana yenidən məğlubolduğunu sübut edir.