15 yanvar 2025-ci il tarixdə Qazax Olimpiya İdman Kompleksində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq "20 Yanvar faciəsinin milli kimliyimizin formalaşmasında həlledici təsiri" mövzusunda konfrans keçirilib...
Tədbir iştirakçıları tərəfindən Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Nicat Göyüşov, “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, GİKM-nin Qazax-Tovuz Regional Nümayəndəliyinin koordinatoru Elmar Rzalı, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin TGT-nın sədri Turxan Əliyev çıxış edərək bildiriblər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində yalnız bir faciə deyil, həm də milli kimliyin formalaşmasında və güclənməsində mühüm dönüş nöqtəsi olub. Bu qanlı hadisələr nəticəsində baş verən itkilər xalqımızın milli birlik, həmrəylik və azadlıq uğrundakı mübarizəsini gücləndirib.
Tədbir Qazax Dövlət Sosial-İqtisadi Kollecinin TGT-nın, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin, Qazax UGİM-nin, Qazax “Gənclər Evi” sosial xidmət müəssisəsinin, GİKM-nin Qazax-Tovuz Regional Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilib.
Poliqon.info