Süni intellektlə dəstəklənən video istehsal aləti olan “Synthesia” 180 milyon dollar investisiya alıb.
Valyuta.az-ın məlumatına görə, bu investisiya ilə şirkətin dəyəri 2,1 milyard dollara çatıb.
2017-ci ildə qurulan şirkətin bu günə qədər aldığı ümumi investisiya məbləği 330 milyon dollara yüksəlib. “Synthesia” yeni sərmayəni fəaliyyətini başqa ölkələrə daşımaq, yeni məhsullar inkişaf etdirmək və avatar istehsal texnologiyalarına diqqət yetirmək üçün istifadə edəcəyini açıqlayıb.
“Synthesia” həmçinin şirkətlərə tez və sərfəli şəkildə peşəkar videolar yaratmaq imkanı təklif edir. Təşəbbüs hazırda 60 mindən çox şirkətlə işləyir. Bu şirkətlər xüsusilə təhsil, texnologiya, səhiyyə, maliyyə və marketinq sektorlarında olan biznesləri əhatə edir. “Synthesia”nın 1 milyon istifadəçisi var.
Əvəz Həsənov