AZ

​Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu

Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub. Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamaya görə, Ukrayna ilə əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçirilib. Mübadilə çərçivəsində 25 Rusiya və 25 Ukrayna əsgəri azad edilib. Açıqlamada, "Danışıqlar prosesi nəticəsində Kiyev rəhbərliyinin nəzarətində olan ərazidən 25 rus əsgəri çıxarılıb. Bunun müqabilində 25 Ukrayna əsgəri verilib. Sərbəst buraxılan rus əsgərləri Belarusdadır” - deyə bildirilib.

Ukrayna Prezidenti Vladimir Zelenski də əsir mübadiləsi ilə bağlı açıqlama verib. O, 25 ukraynalı əsgərin və mülki vətəndaşın qayıtdığını ifadə edib. Zelenski sərbəst buraxılan əsgərlərdən bəzilərinin Mariupol və Azovstal Metallurgiya zavodunda, həmçinin Xarkov, Donbas, Zaporojya və Xerson vilayətlərində baş verən qarşıdurmalarda iştirak etdiyini qeyd edib. O, BƏƏ-yə vasitəçilik səylərinə görə təşəkkür edib.

Seçilən
1
2
metbuat.az

4Mənbələr