AZ

Bu ərazilərdə daşınmaz əmlak

Xəbər verdiyimiz kimi, Bakıda 10 yeni metro stansiyanın açılması planlaşdırılır. Bəs bu, həmin ərazilərdəki mənzillərin satış və kirayə qiymətlərinə necə təsir edəcək?Əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib ki, metro açılan yerdə daşınmaz əmlakın qiyməti həmin ərazidə qalxır: "Lakin təqdim olunan xəritə üzrə həmin metro stansiyaların hara düşməsi hələ dəqiq bilinmir. Eyni zamanda bizim ölkədə metro stansiyaların açılışı, metro xətlərinim çəkilməsi olduqca uzun çəkən prosesdir. Mənim fikrimcə, bu, 5-6 ildən tez olmayacaq. Məsələn, "8 Noyabr" metro stansiyasının açılışı təxminən 10 ilə yaxın vaxt aldı. Yaxud "Həzi Aslanov" metrosunun çıxışında bir dənə də çıxış var ki, 11-12 ildir orada iş gedir. Ona görə də bu barədə nəsə demək hələlik tezdir".Əmlak agenti Sənani Yusubov isə qeyd edib ki, metroya yaxın yerlər əsasən obyektlər üçün önəmlidir. Sözügedən ərazilərdə obyektlətin 1 m² satışı ən az 10 min manat olacaq. Bu zaman həm də icarəsi bahalaşır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
1
2
metbuat.az

10Mənbələr