AZ

Öcalan ev dustaqlığına buraxılacaq? - Ərdoğan açıqladı - FOTO

Dekabrın 28-i şənbə günü İmralıda Demokrat Partiyasının nümayəndə heyətinin terrorçu lider Abdullah Öcalanla keçirdiyi görüş "Terrorsuz Türkiyə" prosesinin ilk addımları kimi qeyd edilib.

Lakin bu proses Abdullah Öcalanın ev dustaqlığına çıxarılacağına dair iddiaları da özü ilə birgə gətirib.

Milli.Az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deputatlarla görüşündəbu iddialara cavab verib.

Ərdoğan "Ev dustaqlığı olmayacaq. Adamın özü azadlığa çıxmaq istəmir. Körpə qatillərinə əfv yoxdur" sözlərini deyib.

Qeyd edək ki, PKK lideri Abdullah Öcalan 1999-cu ildə həbs edilib və terror fəaliyyətlərinə görə ölüm cəzasına məhkum edilib. Bu hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz edilib. Öcalan hazırda cəzasını təkadamlıq kamerada çəkir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
1
milli.az

1Mənbələr