AZ

Masallı rayon İcra başçısının Yeddioymaq ərazi sakinləri ilə səyyar görüş-qəbulu » AzadMedia.az


15 yanvar 2025-ci il tarixdə rayonun Yeddioymaq ərazisində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ərazinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

Aparatın şöbə müdiri Elvin Fəttayev ötən səyyar-görüş qəbulu barədə çıxış edərək bildirmişdir ki, ərazidə ötən qəbul zamanı ərazidə 6 nəfər vətəndaş tərəfindən 7 məsələ qaldırılmış və müraciətlərin 3-ü müsbət həll olunmuş, 2-nin icrada olduğu və 2 məsələ ilə bağlı qanunamüvafiq izahat verilmişdir.
Şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, aztəminatlı ailələr və kimsəsizlərə məişət, eləcədə işıq, qaz problemlərinin həlli ilə bağlı yardımlar göstərilmiş, Yeddioymaq ərazisində 25 ədəd yararsız elektrik dirəyi yenisi ilə əvəz olunmuş, 400 metr məsafədə suaparıcı kanal təmizlənmiş, 1,2 km məsafədə kənddaxili yola çınqıl tökülərək hamarlanmış və 2 km məsafədə kənddaxili yola qreyder verilmişdir. /lavə olaraq bildirmişdir ki, GPON lahiyəsi üzrə “AzTelekom” İB, “CityNet” MMC və “SelNet” MMC şirkətləri tərəfindən yeni internet xətləri çəkilərək abonentlərin istifadəsinə verilmiş, ərazinin giriş qapısı tikilmiş, 30 aztəminatlı ailəyə ümumilikdə 6000 manat maddi köməklik göstərilmiş, Qasımlı kənd məscidinin mərasim evində qadınlar üçün olan hissəsində əsaslı təmir işləri aparılmış, Qasımlı kənd qəbiristanlığında abadlıq işləri aparılmış və elektrik sayğacı qoyularaq qəbiristanlığın işıqlandırılması təmin olunması barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələləri qeydiyyata alaraq nəzarətə götürülməsini təmin edərək müraciətlərin həlli istiqamətində müvafiq işlərin aparılacağını bildirmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
Seçilən
1
5
azadmedia.az

6Mənbələr