İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.
AzPost bildirir ki, bu barədə İsrailin Kanal 12 telekanalına yüksək rütbəli amerikalı məmur bildirib.
Danışıqlarla tanış olan mənbələrin məlumatına görə, tərəflər yaranmış böhranı aradan qaldıra biliblər.
İsrail rəsmiləri jurnalistlərə HƏMAS-ın razılaşmaya yazılı razılıq verdiyini təsdiqləyiblər.
Müqavilənin təfərrüatları hələlik açıqlanmayıb.