"Bizim fikrimiz daha çox yerli oyunçularla Premyer Liqadakı güclü komandalara rəqib olmaqdır.
Buna imkanlarımız çatır".
Sportinfo.az xəbər verir ki, bunu ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov "Mingəçevir" ilə tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
Funksioner bölgə təmsilçisinin döyüşkən komanda olacağını söyləyib:
"Başqa seçim belə ola bilməz. Yalnız qalib olmaq istəyirik. Hansısa işə başlayırıqsa, ya qalib olmalısan, ya da bu işə başlamamalısan".