AZ

İnfeksionist qripin müalicəsində yol verdiyimiz SƏHVİ açıqladı

Yoluxucu xəstəliklər üzrə mütəxəssis Yevgeni Timakov bildirib ki, özünü müalicə və uyğun olmayan dərmanların istifadə qripin müalicəsində fəsadlara səbəb ola bilər.

Qaziler.az bu barədə KP.RU-ya istinadla xəbər verir. İnfeksionistin sözlərinə görə, xəstəliyə “ayaq üstə” dözmək və sağalma müddətinə məhəl qoymamaq təhlükəlidir.

“Bu, ürəyə, böyrəklərə, ürək-damar və sinir sistemlərinə təsir edə bilən bir infeksiyadır. Demək olar ki, bədənimizdəki bütün orqan və toxumalar üçün təhlükəlidir”, - həkim izah edib.

İnfeksionist qeyd edib ki, aspirin kimi dərmanlar və oseltamivir əsasında hazırlanan virusəleyhinə dərmanları təkbaşına qəbul etmək də təhlükəlidir. Yan təsirlərin və ağırlaşmaların qarşısını almaq üçün onlar yalnız həkim tərəfindən təyin edilməlidir.

“Qripdən əziyyət çəkən zaman ayaqda durmaq ürək-damar sistemi üçün təhlükəlidir, emosional və fiziki gərginlik xəstəliyin gedişatını pisləşdirə bilər. Sağaldıqdan sonra bədənin tam bərpası üçün vaxt vermək vacibdir”, - Timakov əlavə edib.

QAZİLER.AZ

Seçilən
1
qaziler.az

1Mənbələr