AXCP sədri Əli Kərimlinin başıpozuq dəstəsi yenə sosial şəbəkələrdə kor atı minib köndələn çapır. Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilməyən, ölkəmizin milli maraqlarına, milli birliyinə və suverenliyinə qənim kəsilən Qərbdəki ermənipərəst dairələrin, Cənubi Qafqazı cidd-cəhdlə “ukraynalşadırmağa” çalışan güclərin alətinə çevrilən bu zombi sürüsünün əsas məqsədi qərəzli “təhlilləri”, çıxışları ilə cəmiyyəti yanlış istiqamətə yönləndirməkdir.
Xaricdəki havadarlarından əməlli-başlı maliyyə dəstəyi alan qaragüruhçu dəstənin üzvlərindən olan “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, bu qurumun təmsilçisi Güktəkin Hacıbəyli AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn kimilərin “öndərləri” Ə.Kərimlinin təlimatı ilə hərəkət etdiklərini hamımız yaxşı bilirik. Bu merkantillər antimilli fəaliyyətləri üzündən xaqlın dəstəyini itirdiklərinə görə yalnız yalan, böhtan, cəfəngiyyat dolu populist çıxışlarları ilə gündəmdə qalmaq, öz ağalarına və xarici dayılarına hələ də meydanlarda olduqlarını göstərmək üçün bütün çirkin vasitələrdən istifadə edirlər.
Cəmiyyətdə heç bir dayağı və ictimai dəstəyi olmayan, ötən əsrin 90-cı illərində respublikada hakimiyyəti zorla ələ keçirən, ölkəni xaos, anarxiya, qarşıdurma girdabına yuvarladan qaragüruhçu dəstənin əsas üzvlərindən olan Ə.Kərimlinin əsl niyyəti sosial şəbəkələr vasitəsilə cəmiyyətdə gərginlik, siyasi qütbləşmə yaramaqdır. Hamımıza yaxşı məlumdur ki, siyasi partiya sədrliyindən bloqer səviyyəsinə enən, bütün mənəvi-intellektual ehtiyatları tükəndiyindən cəmiyyətin autsayderinə çevrilən AXCP sədri hakimiyyət, mənsəb, kreslo naminə nəinki ermənipərəst dairələrlə, hətta şeytanın özü ilə ittifaqa girməyə hazırdır. “Baş cəbhəçi”nin uzun illərdən bəri erməni lobbisinə yaxınlığı ilə tanınan mərkəzlərin qrantları ilə ilə yemlədiyi və buyruq quluna çevirdiyi “müridlər”ini, eləcə də siyasi proseslərdən baş çıxarmayan, məhdud dünyagörüşlü beç-üç nəfər gənci yanına alaraq ölkəmizə qarşı həyasızcasına apardığı qarayaxma kampaniyasının arxasında hansı məkrli məqsədlərin, xain planların dayandığını cəmiyyətimiz yaxşı bilir.
Uzun illərdən bəri siyasi səhnədəki inkarçılığı, pozuculuğu ilə cəmiyyətdən təcrid olunaraq marginallşan, 30 il əvvəlin yalançı meydan “qəhrəmanı”ndan klaviatura “pəhləvan”ına çevrilən AXCP sədrinin və tör-töküntülərinin son günlərdə Cənubi Qafqazda baş verən proseslər kontekstində Rusiya-Ermənistan, Ermənistan-Azərbaycan, Qərb-Azərbaycan, Ermənistan-ABŞ münasibətləri ilə reallıqları bilərəkdən təhrif etmələri, bütün bunların fonunda ölkəmizə qarşı riyakar mövqe sərgiləmələri birmənalı olaraq cəmiyyətimiz tərəfindən ikrahla qarşılanır. İctimaiyyətin bu marginllara qarşı çox güclü etirazı bir daha göstərir ki, rasional düşüncədən və kreativ yanaşmadan məhrum olan, dövlətə və dövlətçiliyə qənim kəsilən Ə.Kərimlinin və onun mənəviyyatsız, simasız tərəfdaşlarının bu üzdəniraq “taktikaları” tezliklə iflasa uğrayacaq.
Zahid Rza, “İki sahil”