AZ

"MegaSec" işçi axtarır - MAAŞ 1700 MANAT - VAKANSİYA

MegaSec

Vendorlar üzrə Satış Mütəxəssisi

Son tarix 15 fev 2025 - [email protected]

Vəzifənin təsviri: Bu vəzifə üzrə işə qəbul ediləcək şəxs, informasiya təhlükəsizliyi həlləri və məhsullarının satışını artırmağa yönəlmiş strategiyaların həyata keçirilməsinə cavabdeh olacaq. Satış Mütəxəssisi məqsədi müştərilərin ehtiyaclarını anlamaq, onlara uyğun həllər təqdim etmək və şirkətin bazar payını artırmaqdır.

Tələblər:

  • İnformasiya təhlükəsizliyi, İT məhsulları və xidmətlərinin satışı və əlaqəli sahədə ən azı 2 il iş təcrübəsi;
  • Biznesin idarə edilməsi, Kompyuter elmləri və digər əlaqəli sahələr üzrə ali təhsil;
  • B2B satış təcrübəsi və müştəri ehtiyaclarını anlama bacarığı;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları; 
  • İş prosesləri və əlaqəli xidmətlər üzrə yüksək təşkilatçılıq və planlaşdırma bacarığı;
  • Azərbaycan və Rus dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları; digər xarici dillər üstünlük təşkil edir;
  • Analitik düşüncə və satış analizləri aparmaq bacarığı.

Vəzifələr:

  • Satış prosesinin idarə edilməsi, müştəri ehtiyaclarını müəyyənləşdirmək, uyğun məhsul və xidmətlər təqdim etmək;
  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əlaqələrin genişləndirilməsi üçün satış strategiyalarının icrası;
  • İnformasiya təhlükəsizliyi, İT məhsulları və xidmətləri üzrə təkliflər hazırlamaq və müştərilərə təqdim etmək;
  • İT məhsulları və xidmətləri üzrə satılan həlləri düzgün təqdim edərək, müştəriləri məlumatlandırmaq və onları satın almağa təşviq etmək;
  • Satış fəaliyyətləri barədə müntəzəm hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Satış sonrası müştəri dəstəyi ilə əməkdaşlıq etmək və müştəri məmnuniyyətinin artırılmasına kömək etmək;
  • Texniki və vendor komandaları ilə sıx əməkdaşlıq edərək müştəri layihələrinin uğurla həyata keçirilməsini təmin etmək;
  • Müştərilərlə müqavilə şərtlərinin müzakirə edilməsi və müqavilə prosesinin idarə edilməsi;
  • Satış komandası ilə birgə işləyərək ümumi satış hədəflərini həyata keçirmək və komanda daxilində əməkdaşlıq etmək.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə 
  • 5 günlük iş rejimi - 09:00-18:00
  • Əmək haqqı: NET 1700 AZN + namizədin bilik və bacarıqlarına müvafiq müsahibə zamanı müzakirə olunacaq

CV-nizi və örtük məktubunuzu  elektron poçt ünvanına “ Vendorlar üzrə Satış Mütəxəssisi” mövzusunda göndərin.

Seçilən
10
fed.az

1Mənbələr