Bakı, 15 yanvar, AZƏRTAC
"Flamenqo" azarkeşlərindən xoş mesajlar aldım".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılaraq Braziliyanın "Flamenqo" komandasına keçən Olavio Juninyo Rio-de-Janeyro təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
28 yaşlı forvard A Seriyası klubuna keçdiyi üçün xoşbəxt olduğunu bildirib: "Bu komandanı ən yaxşı şəkildə təmsil etməyə çalışacağam. Çox təşəkkür edirəm".
Qeyd edək ki, Juninyo "Flamenqo" ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.