AZ

"Ürəyim burdan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılır" -Juninyo

"Qarabağ”dan ayrılan Olavio Juninyo Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, Braziliyanın “Flamenqo” klubuna transfer olunan 28 yaşlı hücumçu “Qarabağ” azarkeşlərinə təşəkkür edib:

“Klubdan ayrıldığımı artıq bilirsiniz. Hər bir azarkeşə mənə göstərdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm. “Qarabağ”da olduğum illər həyatımın ən gözəl dönəmi idi. Bu müddət ərzində çox sevincli anlar yaşadım. Təbii ki, kədərli anlar da oldu.

Amma ürəyim burdan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılır. Hər bir oyun, hər bir fürsət üçün mənə göstərdiyiniz diqqət və qayğı üçün sizlərə təşəkkür edirəm. Gələcəkdə “Qarabağ”a böyük uğurlar arzulayıram. Bu klub qarşısına qoyduğu məqsədlərə çatır. Siz azarkeşlərin dəstəyi ilə daha güclü olacaq”.

2023-cü ilin yayından “Qarabağ”ın şərəfini qoruyan Juninyo “Flamenqo” ilə 3 illik müqavilə imzalayıb.

Seçilən
12
19
fanat.az

10Mənbələr