Juninyo getsə də, “Qarabağ”, bu komandanın azarkeşləri ilə bağlı vida mesajı yazmayıb. Bəs “İmarət” ondan minnətdarlıq gözləyirmi? “Football-plus.az”ın sualını “İmarət”in rəhbərlərindən Elnur Quliyev cavabladı:
“Juninyonun yolu açıq olsun. Azərbaycan futbolu, “Qarabağ” üçün böyük piar oldu. “Flamenqo”nu araşdırdım və gördüm ki, çox böyük büdcəsi var. Yaxşı komandaya gedib. Bəlkə də “Sevilya”ya getsəydi, daha yaxşı olardı. Vida məktubu göndərsə də, sağ olsun, göndərməsə də. İnşallah, göndərər və daha yaxşı olar. Neçə zamandı transfer söhbəti gedirdi. Yəqin vaxt tapmayıb. Çünki məsafədə uzundu. Təyyarədə telefondan istifadə etməyə icazə vermirlər. Yəqin ki, vida mesajı yazar. “Qarabağ”dan kimlərsə gedir və onların yerini dolduranlar olur. Əsas odu ki, “Qarabağ”ın adı yaşasın”.
ƏSƏD SEYİDOV