AZ

Kimlər qazlı su içməməlidir?

İnsanlar mineral suları aktiv şəkildə içirlər. Bununla belə, problemlərdən qaçınmaq üçün hansı növ suyun seçiləcəyini dəqiq bilməlisiniz.

“Rusiya 1” telekanalında yayımlanan “Ən vacibi haqqında” verilişinin mütəxəssisləri qeyd ediblər ki, bədənimiz elə qurulub ki, o, tamamilə müstəqil şəkildə – adi içməli suyun köməyi ilə detoks edə bilir. Bununla belə, bir çox insanlar qazlı suya üstünlük verirlər və düşünürlər ki, qazlı su daha dadlıdır və susuzluğu daha yaxşı yatırır. Ancaq mədə-bağırsaq traktında probleminiz varsa, qazlı suya üstünlük verməməlisiniz.

“Mineral sular sidikqovucu, işlədici və sakitləşdirici təsir göstərir. Bununla belə, müxtəlif su növlərinin fərqli göstəricilərə və əks göstərişlərə malik olduğunu xatırlamaq lazımdır və onu içməzdən əvvəl müəyyən bir mineral suyun sizin üçün uyğun olub olmadığını anlamaq lazımdır”,-deyə verilişin aparıcısı, televiziya həkimi Aleksandr Myasnikov bildirib.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
8
ikisahil.az

1Mənbələr