AZ

İndoneziyada İbu vulkanı üçün xəbərdarlıq səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb

İndoneziyada İbu vulkanı üçün xəbərdarlıq səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb

İndoneziyanın Şimali Maluku əyalətində İbu vulkanının püskürməsindən sonra xəbərdarlıq səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb.İndoneziya Milli Fəlakət Mərkəzi (BPBD) Şimali Malukudakı Halmahera adasının şərqində yerləşən İbu vulkanının püskürmə zamanı vulkanik kül səpdiyini açıqlayıb.Təxminən 2 dəqiqə davam edən püskürmədən sonra vulkandan 4 kilometrə qədər uzaqda tüstünün qalxdığı, bölgədə müvəqqəti təxliyyə məntəqələrinin müəyyən edildiyi və lazım gələrsə, sakinləri təxliyə etməyə hazır olduqları bildirilib.Açıqlamada vulkanın vulkanik fəaliyyətinin araşdırılması nəticəsində xəbərdarlıq səviyyəsinin ən yüksək səviyyəyə qaldırıldığı bildirilib və əhaliyə dağa 4 kilometrdən artıq yaxınlaşmaması barədə xəbərdarlıq edilib.Qeyd edək ki, "Sakit Okean Atəş Halqası" zəlzələ və vulkan qurşağında yerləşən İndoneziyada 130-a yaxın aktiv vulkan var.

Seçilən
12
1
afn.az

3Mənbələr