AZ

Ukrayna müharibəsini bitirmək üçün almaq və vermək lazımdır

Kiyevin neytrallığı və Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının mümkünlüyü ilə bağlı suallar son nəticədə Ukraynadakı münaqişəyə son qoymaq üçün potensial danışıqların bir hissəsi olacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi vəzifəsinə namizəd Marko Rubio deyib.

“Deyək ki, söhbət Ukraynadan və bu münaqişəyə son qoyulmasının zəruriliyindən gedir. Biz danışıqlar masası arxasında olduğumuz zaman və ümid edirəm ki, ABŞ münaqişənin sülh yolu ilə həlli üçün müzakirədə iştirak edəcəksə, nəinki almaq, hətta vermək lazımdır”, - Rubio bildirib.

Ukraynanın NATO-ya daxil olmamaqla neytrallığının müzakirəsinin danışıqların bir hissəsi olub-olmaması ilə bağlı suala Rubio belə cavab verib:

“Əlbəttə, bu, hər hansı danışıqların bir hissəsi olacaq. Təəssüf ki, xarici siyasətdə biz bir çox hallarda pis və daha pis variant arasında seçim edirik".

Seçilən
15
axar.az

1Mənbələr