1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Almaniya Bundesliqasında 17-ci tur başa çatıb.
Oxu.Az xəbər verir ki, yarış cədvəlinin lideri "Bavariya" doğma azarkeşləri önündə "Hoffenhaym"ı sınağa çəkib.
Meydan sahibləri qonaqların qapısından 5 cavabsız qol keçiriblər - 5:0. Sane dublla yadda qalıb.
Bu darmadağın sayəsində Münhen klubu xallarının sayını 42-yə çatdıraraq zirvədə möhkəmlənib. Onun ən yaxın izləyicisi olan Leverkuzen "Bayer"i liderdən 4 xal geri qalır. "Hoffenhaym" isə 14 xalla 16-cı pillədə qərərlaşıb.