AZ

Juninyo "Qarabağ"la belə vidalaşdı - Video

style='margin-bottom:10px;'>

"Klubdan ayrıldığımı artıq bilirsiniz. Hər bir azarkeşin mənə göstərdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm”.

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”dan ayrılan Olavio Juninyo Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

Braziliyanın "Flamenqo" klubuna transfer olunan 28 yaşlı hücumçu “Qarabağ”da çox sevincli anlar yaşadığını bildirib: "Qarabağ"da olduğum illər həyatımın ən gözəl anları idi. Bu müddət ərzində çox sevincli anlar yaşadım. Təbii ki, kədərli anlar da oldu. Buradan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılıram Gələcəkdə "Qarabağ"a yüksək nailiyyətlər arzu edirəm. Bu klub qarşısına qoyduğu məqsədlərə çatır. Siz azarkeşlərin dəstəyi ilə daha güclü olacaq".

Qeyd edək ki, 2023-cü ilin yayından "Qarabağ"da çıxış edən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. Juninyo "Flamenqo" ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

Seçilən
4
15
teleqraf.com

10Mənbələr