Suriya və Türkiyə yeni tarix yazıb.
News24.az axar.az-a istinadla xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şeybani türkiyəli həmkarı Hakan Fidanla görüşdə deyib.
"Yeni Suriyada PKK, YPG və PYD kimi terror təşkilatlarına yer yoxdur, onların nəzarəti altında olan ərazilər mərkəz hakimiyyətə verilməlidir", - nazir söyləyib.
O, yeni hökumətin Türkiyə ilə əlaqələri dəstəkləyəcəyini vurğulayıb.
Qeyd edək ki, Şeybani Türkiyədə səfərdədir.