Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Voronej vilayətində neft anbarına hücum edib.
APA Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ərazidə yanğın başlayıb.
Bölgə rəhbəri Aleksandr Qusevin sözlərinə görə, neft bazasının ərazisinə bir neçə PUA hücum edib.
İlkin məlumata görə, itki yoxdur.