“Rəqib komanda yüksək səviyyəli basketbol oynadı”.
Fanat.Az xəbər verir ki, bunu “Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov “Sumqayıt”a qarşı Azərbaycan Basketbol Liqasının 9-cu turunun təxirə salınmış oyunundan sonra deyib.
Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyətə görə məyus olduqlarını bildirib:
“Sumqayıt”ı təbrik edirəm, heyətlərini gücləndiriblər. Bizim də gücümüz buna çatdı. Çünki əsas heyətlə bağlı problemlərimiz var idi. Zaur Paşayevin hərarəti yüksək idi, Andrey Kondratyev zədəsi davam edirdi. Rotasiyanın geniş olmaması öz sözünü dedi. Hesab oyuna görə deyildi. Rəqibin uğurlu atışları çox oldu. Bunu gözləmirdik. Gələcək matçlarda uğurlu olmağa çalışacağıq”.
“Sumqayıt” – “Quba” qarşılaşması birincilərin 126:90 hesablı qələbəsi ilə yekunlaşıb.