AZ

Rusiyada 4 gənc qızı zorlayaraq öldürən manyak 22 ildən sonra tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Moskva vilayətində 22 il əvvəl törədilmiş silsilə qətllərin üstü açılıb.
Oxu.Az RBC.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Moskva vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Təqsirləndirilən şəxs Novosibirsk vilayətinin 50 yaşlı sakini olub.
İstintaqın məlumatına görə, o, Moskva vilayətində təlim keçərkən dörd amansız qətl törədib. Onun qurbanları gecə vaxtı hücum etdiyi gənc qızlar olub. Cinayətkar qızlara xəsarətlər yetirib, cinsi zorakılıq edib və sonra onları öldürüb.
Dindirilmə zamanı həmin şəxs ittihamları qəbul edib və cinayətlərin hər biri barədə ətraflı məlumat verib. Hazırda müstəntiqlər onun Moskva, Moskva vilayəti və Rusiyanın digər regionlarında digər oxşar cinayətlərdə iştirakının olub-olmadığını araşdırırlar.
Seçilən
19
1
oxu.az

2Mənbələr