AZ

Bundesliqa: “Bavariya” Münxendə “Hoffenhaym”ı darmadağın edib

Berlin, 16 yanvar, AZƏRTAC

Futbol üzrə Almaniya çempionatının 17-ci turuna beş qarşılaşma ilə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, çempionatın lideri “Bavariya” Münxendə “Hoffenhaym”ı darmadağın edib - 5:0. “Boxum 1848” öz meydanında “St Pauli” üzərində minimal hesablı qələbə qazanıb - 1:0. Paytaxt təmsilçisi “Union Berlin” doğma meydanda “Auqsburq”a uduzaraq (0:2) uğursuz oyunlar seriyasını “davam etdirib”. Komanda son on görüşün yeddisində məğlub olub və cəmi üç görüşdə heç-heçə edə bilib. “Ştutqart” ev oyununda “Leyptsiq”ə 2:1 hesabı ilə qalib. “Verder Bremen” isə “Haydenhaym” ilə qarşılaşmada qələbəni son dəqiqələrdə (90+5) əldən verib - 3:3.

Xatırladaq ki, turun ötən gün keçirilən görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

“Holştayn Kiel” - “Borussiya Dortmund” - 4:2;

“Bayer Leverkuzen” - “Maynz 05” - 1:0;

“Ayntraxt Frankurt” - “Frayburq” - 4:1;

“Volfsburq” - “Borussiya Münxenqladbax” - 5:1.

Bundesliqada ilk sırada 42 xalla “Bavariya” qərarlaşıb. Onun ən yaxın izləyicisi “Bayer Leverkuzen”in aktivində 38 xal var. “Ayntraxt Frankurt” 33 xalla üçüncü, “Leyptsiq” 30 xalla dördüncü pillələrdə yer alıb. Aktivində 29 xal olan “Ştutqart” beşinci, “Maynz 05” 28 xalla altıncı, 27 xal toplayan “Volfsburq” yeddinci, “Frayburq” isə səkkizinci pillələrdədir. İlk onluğu “Verder Bremen” (26 xal) və “Borussiya Dortmund” (25 xal) tamamlayır. Çempionatda sonrakı yerlərdə “Borussiya Münxenqladbax” (24), “Auqsburq” (19), “Union Berlin” (17), “St Pauli” (14), “Haydenhaym” (14), “Hoffenhaym” (14), “Holştayn Kiel” (11) və “Boxum 1848” (9) komandaları qərarlaşıb.

Almaniya çempionatının 17-ci turunun oyunları yanvarın 17-də keçiriləcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
11
2
azertag.az

6Mənbələr