Qəzza zolağında atəşkəs haqqında sazişin bağlanması və girovların azad edilməsi düzgün və zəruri addımdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrail Prezidenti İsaak Hersoq xalqa müraciəti zamanı deyib.
O qeyd edib ki, indi münaqişə tərəfləri bu addımı atmağa və vəziyyəti düzəltməyə borcludurlar.
“Mən İsrailin Prezidenti kimi birmənalı şəkildə deyirəm: bu düzgün addımdır, bu mühüm addımdır, bu zəruri addımdır”, - Hersoq qeyd edib.