AZ

Avro Ukrayna qrivnasının məzənnə valyutası kimi dolları əvəz edəcək

Avro Ukrayna qrivnasının məzənnə valyutası kimi dolları əvəz edəcək. Amma bu, bazarda çox nəzərə çarpmadan baş verəcək. SİA xəbər verir ki, bunu öz müsahibəsində Ukrayna Milli Bankının rəhbərinin birinci müavini Katerina Rojkova deyib.

“Avropa Birliyinə istiqamətli kursumuzu nəzərə alsaq, bu, mütləq baş verəcək reallıqdır, çünki biz Avropa İttifaqının bir hissəsi olmaq, ixracatçılar, idxalçılar kimi onların bazarlarına çıxış əldə etmək istəyiriksə, əlbəttə ki, onların valyutasına bağlı olmalıyıq”, - deyə Rojkova əlavə edib.

O qeyd edib ki, iqtisadiyyat üçün şok olan müharibə ilə bağlı çağırışlar dövründə, qrivnanın məzənnə valyutası dollardan imtina yaxşı vaxt deyil.

"Biz hər hansı şoklardan qaçacağıq, ona görə də bu baş verərsə, narahat olmağa dəyməz. Bu baş verərsə, Ukrayna iqtisadiyyatına mütləq fayda verəcək, çünki o zaman biz mütləq Avropa İttifaqında olacağıq", - deyə Rojkova vurğulayıb.

Xatırladaq ki, dollar Ukraynada əsas məzənnə təyin edən valyuta olaraq qalır. Valyuta bazarında aparılan əməliyyatların valyuta strukturu bu vəziyyəti təsdiqləyir.

Seçilən
3
1
sia.az

2Mənbələr