Almaniyanın Ştrausberq şəhərində 18 nəfər hovuzda xlorlu sudan zəhərlənib.
Teleqraf.com xəbər verir ki, onların arasında məktəblilər də var.
Hadisə yanvarın 15-də günorta saatlarında baş verib. Hovuza daxil olanlar ürəkbulanmasından və nəfəs yollarındakı problemdən şikayətləniblər. Qızlardan biri vertolyotla Berlinə gətirilib, onun vəziyyəti ağırdır.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Müəllif: Teleqraf.com