AZ

“Bu komanda mənə çox uyğun gəlir, həyəcanlıyam"

“Meydana çıxmaq üçün çox həyəcanlıyam”.

Sportinfo.az xəbər verir ki, , bunu "Şəki"nin basketbolçusu Terens Hanter-Vitfild deyib.

Ötən ilin sonunda bölgə təmsilçisinə keçən ABŞ-dən olan oyunçu kollektivə çox yaxşı uyğunlaşdığını söyləyib:

"Biz qətiyyən narahat deyilik. Çünki komanda olaraq sərt və birliyimizlə nəyə qadir olduğumuzu bilirik.

Uyğunlaşma prosesi yaxşı alındı. "Şəki"yə gəlməmişdən əvvəl komandanın oyunlarını canlı izləmişdim.

Ona görə də kimin nəyə qadir olduğunu gözəl bilirdim. Komandanın oyun tərzi mənə çox uyğun gəlir".

Seçilən
32
sportinfo.az

1Mənbələr