Hər bir ölkənin İrana qarşı müharibədə hansı mövqe tutacağına qərar verməsinin vaxtı çatıb. Paşinyan da öz qərarını verib və şübhəsiz ki, o və qrupu İrana qarşı müharibə üçün Ermənistanın bütün resurslarını səfərbər edəcək.BUTA.TV xəbər verir ki, bu sözləri erməni ekspert Ayk Nahapetyan yerli mediaya müsahibəsində deyib. O bildirib ki, İran yaxşı silahlanıb, ballistik və uzaqmənzilli hipersəs raketlərinə malikdir: “İran İraq deyil. İranı işğal etmək və orada quru hərbi əməliyyat keçirmək üçün 1 milyon əsgər lazımdır və bu, 5-6 ay çəkəcək. Blinken “Gələn həftə Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək” deyərkən, komissiyanın bu işləri sürətləndirmək üçün Ermənistana gələcəyini nəzərdə tutub”, - o bildirib. Nahapetyanın sözlərinə görə, Paşinyan Zəngəzurun qapılarını ilk növbədə hərbi baxımdan açıb və rus qoşunlarını da oradan çıxarması təsadüfi deyil.