NATO-nun Baş katibi Mark Rutte Rusiya, Şimali Koreya və İranın dünya təhlükəsizliyinə ciddi təhdidlər yaratdığını vurğulayıb.
Mark Rutte Ukraynaya hərbi dəstəyin artırılmasının davamlı sülhə nail olmaq üçün zəruri olduğunu qeyd edib:
"Hər birimiz istəyirik ki, bu müharibə sona çatsın və sülh təmin olunsun. Ancaq müharibənin nə zaman və necə bitəcəyini deyə bilmərəm. Amma əminəm ki, əgər Rusiya istədiklərinə çatsa, o zaman sülh heç vaxt təmin olunmayacaq. Rusiya, Şimali Koreya və İran öz mövqelərini gücləndirdikcə, sülh nə sabit, nə də uzun müddətli olacaq", - deyə o bildirib.
Baş katib Ukraynada müharibənin dayandırılması məqsədilə bu ölkələrin maraqlarına uyğun razılaşmaların qlobal qeyri-sabitliyə səbəb ola biləcəyini vurğulayıb. Həmçinin, o əlavə edib ki, "sülh yalnız o halda davamlı ola bilər ki, Ukrayna güclü mövqedən danışıqlar masasına otursun və bu məqsədlə ona bizim daha çox dəstəyimiz lazımdır".
Milli.Az