AZ

Co Bayden amerikalılara vida müraciəti edib

ABŞ prezidenti Co Bayden televiziya ilə amerikalılara vida çıxışında “demokratiyanı təhdid edən” oliqarxiyanın meydana çıxdığını bəyan edib...

Poliqon xəbər verir ki, müraciət Ağ Evin YouTube kanalında yayımlanıb.

Müraciətində Bayden Donald Trampa hakimiyyətin dinc yolla ötürülməsini təmin etdiyini bildirib və yeni administrasiyaya uğurlar arzulayıb. Bayden həmçinin vurğulayıb ki, ölkə konstitusiyasına dəyişiklik edilməlidir ki, prezident səlahiyyət müddəti ərzində cinayətlərə görə məsuliyyətdən yayınmasın.

Co Bayden qeyd edib ki, Qəzza sazişi planı onun administrasiyası tərəfindən hazırlanıb həyata keçirilib. Qeyd edək ki, Ağ Evin yüksək rütbəli rəsmisi razılaşmaların əldə olunmasında Trampın komandasının konstruktiv rolunu qeyd edib.

“Biz xaricdə NATO-nu gücləndirmişik. Ukrayna hələ də azaddır və biz Çinlə mübarizə aparmağa müvəffəq olduq” deyə Co Bayden müraciətində uğurlarını sadalayıb. Lakin Bayden müraciətində Vaşinqtonun Moskva ilə münasibətlərindən bəhs etməyib.

ABŞ dövlət başçısı dolayısı ilə bir sıra vədləri yerinə yetirmədiyini etiraf edib.

“Nailiyyətlərimizin təsirini hiss etmək üçün vaxt lazımdır. Amma toxumlar səpilib və onlar yaxın onilliklərdə böyüyəcək”, deyə Amerika prezidenti bildirib. Nailiyyətlər sırasında o, 17 milyona yaxın yeni iş yerinin yaradılmasını, habelə səhiyyə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsini qeyd edib.

Poliqon.info

Seçilən
7
3
poliqon.info

10Mənbələr