AZ

Solomon adalarında GÜCLÜ ZƏLZƏLƏ

Solomon adalarına məxsus Santa-Krus arxipelaqının sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avstraliyanın Dövlət Geoloji bürosu məlumat verib.

Məlumata görə, zəlzələnin episentri təxminən 1,3 min insanın yaşadığı Vanikoro adasından 10 km cənubda, ocağı təxminən 50 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Seçilən
13
10
bakivaxti.az

10Mənbələr