AZ

Gürcüstanın XİN başçısı Azərbaycana gəlir

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana rəsmi səfər edəcək.

Teleqraf.com xəbər verir ki, səfər iki gün davam edəcək.

XİN başçısı səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla təkbətək və geniş tərkibdə görüş keçirəcək.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, Azərbaycana səfər M.Boçorişvilinin xarici işlər naziri kimi ilk rəsmi səfəridir.


Müəllif: Cəmilə Babayeva
Seçilən
10
teleqraf.com

1Mənbələr