Bakı. Trend:
Ötən il Azərbaycanda istehsal olunan elektrik enerjisinin həcmiməlum olub.
Trend xəbər verir ki, bu barədə energetikanaziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında məlumatverib.
"2024-cü ilin yanvar - dekabr aylarında operativ məlumatlaraəsasən, elektrik enerjisinin istehsalı 28 394,1 mln. kVt·st, ixracı1 397,5 mln. kVt·st, idxalı 170,5 mln. kVt·st olub.
2023-cü illə müqayisədə, elektrik enerjisinin istehsalı suelektrik stansiyalarında 1 247,8 mln. kVt·st, günəş elektrikstansiyalarında isə 476,9 mln. kVt·st artıb.
Bu dövrdə elektrik enerjisi istehsalında bərpa olunan enerjimənbələrinin payı təxminən 14% olub", - deyə paylaşımda qeydolunub.
Xəbər yenilənəcək