AZ

Qərbi Azərbaycan İcması Ermənistan XİN-in bəyanatını pislədi

Bakı. Trend:

Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin 2025-ci ilyanvarın 15-də verdiyi, Azərbaycan SSR-də ermənilərə qarşıqanunsuzluq törədildiyini iddia edən əsassız və böhtan dolubəyanatını qınayırıq. Bəyanatın tonu, həm də Ermənistanın İkinciQarabağ müharibəsindən əvvəlki ritorikasını xatırladır.

Trend xəbərverir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatındabildirilib.

“Əvvəla vurğulayaq ki, etnik təmizləməni törədən dövlətErmənistandır. Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı vəazərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsininaparıldığı dövrə təsadüf edən Levon Ter-Petrosyanın prezidentqismində 1993-cü ildə etdiyi məlum çıxışı azərbaycanlılara qarşıetnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu bir dahatəsdiq edir.

Həmçinin, xatırlatmaq yerinə düşür ki, L.Ter-Petrosyan həminçıxışında Azərbaycan SSR-dən ermənilərin köçünün məhz Ermənistanınözü tərəfindən təşkil edildiyini də bildirib. L.Ter-Petrosyanınçıxışından müvafiq çıxarışı aşağıda veririk:

“Hərəkat vaxtında başlamasaydı, bu gün Azərbaycanda 500 minerməni qalacaqdı. Onlar fiziki cəhətdən məhv edilməsələr belə, bu,Ermənistanı diz çökdürmək üçün ən güclü rıçaq olardı. Onlarınəhəmiyyətli bir hissəsi, 300 mindən çox insan Ermənistandasığınacaq tapdı. Bu da milli problem idi, hərəkatımız sayəsindəhəll olunan böyük miqyaslı problem”.

Bütün bunlar sübut edir ki, Ermənistan işğalını mümkün hesabetmədiyi Azərbaycan ərazilərindən ermənilərin köçünü təşkil edərək,iki xalqın nümayəndələrinin dinc yanaşı yaşamaq təcrübəsini aradanqaldırmağı və Ermənistanda mono-etnikdövlət yaratmağıhədəfləmişdir.

Ermənistan hökuməti böhtan və nifrət dolu bəyanatlar verməkəvəzinə, irqçiliyinə və mono-etnik siyasətinə son verməli, Qərbiazərbaycanlıların qayıdışına şərait yaradaraq, oradakı multi-etnikmühiti bərpa etməlidir”, - bəyanatda vurğulanıb.

Seçilən
7
24
az.trend.az

10Mənbələr