AZ

Bayden Amerika xalqı ilə vidalaşdı

Bayden xalqa vida müraciətində prezidentin səlahiyyətlərini həyata keçirərkən törətdiyi cinayətlərə görə məsuliyyətdən azad edilməsini ləğv etmək üçün ABŞ  Konstitusiyasına dəyişiklik edilməsinin zəruriliyini bildirib.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, müraciəti Amerikanın bütün aparıcı televiziya kanalları transiyasiya edib: “Biz Konstitusiyaya dəyişiklik etməliyik. Orada hər hansı prezidentin vəzifədə olarkən törətdiyi cinayətlərə görə cavabdehlikdən sığortalana bilməyəcəyi təsbit olunmalıdır”.

Bundan əlavə, vəzifəsini tərk edən prezident siyasətdə korrupsiya ilə mübarizənin vacibliyinə işarə edib. O vurğulayıb ki, Birləşmiş Ştatlar tez bir zamanda seçki kampaniyalarının gizli maliyyələşdirilməsindən qurtulmalıdır. Bayden xalqa vida çıxışı zamanı Rusiyadan danışmayıb. O, Moskva ilə Vaşinqtonun, eləcə də Rusiya Federasiyasının rəhbərliyinin münasibətlərini qeyd etməmək qərarına gəlib. Baydenin prezidentlik müddəti yanvarın 20-də,  Donald Trampın inauqurasiya mərasimi zamanı başa çatır. Bayden dörd illik hakimiyyətdən sonra səlahiyyət müddətini başa vurur. Xatırladaq ki, ABŞ-də son süçkilər 2024-cü ilin noyabrında keçirilib və Donald Tramp 312 seçici səsi ilə prezident seçilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
11
konkret.az

1Mənbələr