AZ

Ərdoğanın çıxışını mahnı oxuyaraq KƏSDİ - VİDEO

AK Partiyasının toplantısında maraqlı anlar yaşanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gündəmdəki mövzularla bağlı fikirlərini bildirən Prezident Ərdoğanın sözünü o anda mahnı oxumaq istəyən bir qadın kəsib.

Bu anları Ərdoğan da təəccüblə izləyib.

Belə ki, partiyasının TBMM Qrup toplantısında açıqlamalar verən Prezident gündəmdəki məsələlərə toxunarkən maraqlı bir hadisə baş verdi. Sözünü yüksək səslə mahnı oxuyan qadın partiya üzvü kəsib. Olay qarşısında əvvəlcə təəccüblənən Ərdoğan daha sonra gülümsəyərək reaksiya verib.

Mahnını dinlədikdən sonra gülümsəyən Ərdoğan "Darıxanların çox olsun" deyərək qadın partiya üzvünə cavab verib.

Bu rəngarəng görüntülər isə toplantıda gülüşlərə səbəb olub.

Hüseyn 
Milli.Az

Seçilən
13
2
milli.az

3Mənbələr