Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarəti atmosfer havasına atılan zərərli maddələrə və onların zərərli fiziki təsirlərinə verilən xüsusi icazənin şərtlərinə, atmosfer havasının mühafizəsi standartlarına, normativlərinə, qaydalarına və digər tələblərinə o cümlədən atmosfer havasının mühafizəsinə istehsal nəzarətinin keçirilməsinə, atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbəyi olan obyektlərin sanitar-mühafizə rejiminə, atmosfer havasının mühafizəsinə dair məqsədli dövlət proqramlarının və tədbirlərin həyata keçirilməsinə əməl edilməsini təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.