AZ

Postekoğlu derbinin hakimi barədə ikibaşlı danışdı - "İngiltərədə işlər belədir"

"Tottenhem"in baş məşqçisi Ange Postekoqlou derbidə "Arsenal"a məğlubiyyəti (1:2) şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini ESPN belə çatdırıb:

"Xüsusilə birinci hissədə kifayət qədər yaxşı olmadıq. Həddindən artıq passiv oynadıq və “Arsenal”ın matçaa nəzarəti ələ almasına imkan verdik.

Təbii ki, topsuz işləməyimiz məni məyus etdi. İlk 45 dəqiqədə onlara meydanda hər şeyi etməyə icazə verdik - bu, yolverilməzdir.

Künc zərbəsi ilə bağlı epizodu şərh edim? Mən hakimləri müzakirə etmək istəmirəm. İndi çempionatda işlər belədir”.

21 turdan sonra "Arsenal" 43 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Tottenhem" isə 24 xalla 13-cü yerdədir.

Mirağa

Seçilən
12
fanat.az

1Mənbələr