AZ

Nazir: Ötən il elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payı 14 faiz olub

Bakı, 16 yanvar, AZƏRTAC

Ötən ilin yanvar-dekabr aylarında elektrik enerjisinin istehsalı 28 milyard 394,1 milyon kilovat-saat, ixracı 1 milyard 397,5 milyon kilovat-saat, idxalı 170,5 milyon kilovat-saat olub.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.

Nazir bildirib ki, 2023-cü illə müqayisədə elektrik enerjisinin istehsalı su elektrik stansiyalarında 1 milyard 247,8 milyon kilovat-saat, günəş elektrik stansiyalarında isə 476,9 milyon kilovat-saat artıb.

“Bu dövrdə elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payı təxminən 14 faiz olub”, - deyə P.Şahbazov qeyd edib.

Seçilən
12
1
azertag.az

2Mənbələr