AZ

İcma Ermənistan XİN-in əsassız bəyanatını qınayır

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yanvarın 15-də verdiyi, Azərbaycan SSR-də ermənilərə qarşı qanunsuzluq törədildiyini iddia edən əsassız və böhtan dolu bəyanatını qınayıb.

Musavat.com-un məlumatına görə, bu barədə İcma bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Ermənistan XİN-in bəyanatının tonu, həm də Ermənistanın İkinci Qarabağ müharibəsindən əvvəlki ritorikasını xatırladır:

"Əvvəla vurğulayaq ki, etnik təmizləməni törədən dövlət Ermənistandır. Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Levon Ter-Petrosyanın prezident qismində 1993-cü ildə etdiyi məlum çıxışı azərbaycanlılara qarşı etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu bir daha təsdiq edir".

İcma L.Ter-Petrosyanın həmin çıxışında Azərbaycan SSR-dən ermənilərin köçünün məhz Ermənistanın özü tərəfindən təşkil edildiyini də bildirib:

"L.Ter-Petrosyanın çıxışından müvafiq çıxarışı aşağıda veririk:

Hərəkat vaxtında başlamasaydı, bu gün Azərbaycanda 500 min erməni qalacaqdı. Onlar fiziki cəhətdən məhv edilməsələr belə, bu, Ermənistanı diz çökdürmək üçün ən güclü rıçaq olardı. Onların əhəmiyyətli bir hissəsi, 300 mindən çox insan Ermənistanda sığınacaq tapdı. Bu da milli problem idi, hərəkatımız sayəsində həll olunan böyük miqyaslı problem.

Bütün bunlar sübut edir ki, Ermənistan işğalını mümkün hesab etmədiyi Azərbaycan ərazilərindən ermənilərin köçünü təşkil edərək, iki xalqın nümayəndələrinin dinc yanaşı yaşamaq təcrübəsini aradan qaldırmağı və Ermənistanda mono-etnikdövlət yaratmağı hədəflənib".

Bəyanatda qeyd olunub ki, Ermənistan hökuməti böhtan və nifrət dolu bəyanatlar vermək əvəzinə, irqçiliyinə və mono-etnik siyasətinə son verməli, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq, oradakı multi-etnik mühiti bərpa etməlidir.

Seçilən
14
24
musavat.com

10Mənbələr