AZ

Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

İki yaşlı Çimnaz ağır yanıq xəsarətləri alıb.

Bu barədə hakimiyyet.az-a onun anası Nazpəri Həsənova məlumat verib.

O bildirib ki, övladı avqustun 3-də üzərinə samovar aşıraraq ağır yanıq xəsarətləri alıb:

"Çimnazın iki yaşı var. Avqustun 3-də o, həyətdə oynayarkən qaynar samovarı üzərinə aşırdı. Onun ayaqları və əli yanıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir müddət orada müalicə aldıqdan sonra evə çıxdıq. Ondan sonra isə sizin saytın izləyicilərinin dəstəyi ilə övladımın müalicəsini edə bilmişəm".

Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

"Həkimin Çimnaz üçün yazdığı mazları və dərmanları almaq üçün hazırda 700 manata ehtiyacımız var. Bu məbləği tapmaq, inanın, bizim üçün çox çətindir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".

Ailə ilə əlaqə: (077) 592-40-06.

"UniBank": 5243 7544 4091 8124.

Seçilən
16
1
hakimiyyet.az

2Mənbələr